ŞƏRQİN İLK HEYKƏLTƏRAŞ QADINI

Mirfatma Mirbaba qızı  

11_n2
Mirfatma Mirbaba qızı

Şərqin ilk heykəltəraş qadını Zivər xanım Tağıyeva 1902-ci ildə Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində dünyaya göz açmışdır. O, ilk orta təhsilinə yeddi yaşında “Müqəddəs Nina” qızlar gimnaziyasında başlamışdır (Bu gün həmin məktəb 134 №-li orta məktəb kimi fəaliyyət göstərir). O vaxt Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə fəaliyyət göstərən bu məktəbdə həmin dövrün ən savadlı müəllimləri çalışırdılar. Ailə başçısı Nəcəfqulu Tağıyev zamanın ən müasir, uzaqgörən valideynlərindən olmuş, Zivər xanımın arzularına həm maddi, həm də mənəvi dəstək vermiş, onun gələcəyinin formalaşmasına təkan vermişdir. Uşaqlarının, ilk növbədə Zivər xanımın istedadına bələd olan Nəcəfqulu Tağıyev onların layiqli təhsil almağı üçün əlindən gələni əsirgəməmişdir.

tanış olaq7XX illərin əvvəllərində Bakıda rəssamlıq dərnəkləri fəaliyyətə başlayır. Yaşıdlarından fərqli olaraq Zivər xanım bir müddət ailə qurmaq istəyindən vaz keçir, istedadının arxasınca getməyi qərarlaşdırır. Bu yolda atası ona dəstək olur, Zivər xanım rəssamlıq kursuna daxil olur.

Zivər xanım Azərbaycan ali rəssamlıq məktəbində oxumaqla eyni vaxtda Dövlət türk musiqi məktəbinin skripka bölməsində təhsil alır. Azərbaycanlı Zivər xanım Tağıyeva Şərqin ilk heykəltəraş qadını olmaqla yanaşı gözəl skripka çalırdı. Dahi Üzeyir Hacıbəyov öz sevimli skripkasını məhz ona bağışlamışdı.

Zivər xanım 1924-cü ildə Bakı Ali Rəssamlıq məktəbini bitirmiş, bir müddət S.D. Erziya və P.V. Sabsayın emalatxanasında çalışmışdır. Zivər xanım portret ustası kimi tanınmış və zəngin bir qalereya yaratmışdır.

Zivər xanım ziyalı ailəsində böyümüşdür. O, xatirələrində qeyd edir kРисунок (2)i, “Müasir dünyagörüşünə malik atam Avropa üslubunda geyinirdi. Onda gözəlliyi görüb duymaq, onu qiymətləndirmək bacarığı var idi. “Kiçik bacımla “Müqəddəs Nina” qızlar məktəbində oxuyurduq. Mən boş vaxtlarımda şəkil çəkir, gildən fiqurlar düzəldirdim. Şəhərimizdə rəssamlıq məktəbinin açıldığını eşidəndə canımdan üşütmə keçdi. Yenə ümidim atama idi. Dil töküb onu yola gətirdim, icazə verdi. Dərhal düzəltdiyim fiqurları götürüb rəssamlıq məktəbinə getdim”.

Bu minvalla Zivər xanım sənət aləminə qədəm qoyur və tez bir zamanda istedadı ilə müəllimlərinin diqqətini çəkir.

Zivər xanım ilk sənət əsərlərini bolşeviklərin savadsızlıqla mübarizə kampaniyası, qadınların savadlanması və çadradan qurtulması dövründə yaratmışdır. Sənətkar 30-40-cı illərdə rəssam Əzim Əzimzadənin, opera müğənnisi Hüseynqulu Sarabskinin, pəhləvan Sali Süleymanın, inqilabçı bolşevik Məşədi Əzizbəyovun, müharibə qəhrəmanları
Gəray Əsədovun, İdris Süleymanovun, Hüseynbala Əliyevin daş portretlərini yaratmışdır. Zivər xanımın yaratdığı ilk qadın təyyarəçilərindən olan Leyla Məmmədbəyovanın, pambıqçı Bəsti Bağırovanın büst əsərləri dövrünün gözəl heykəltəraşlıq nümunələrindəndir.

Zivər Məmmədova dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun obrazını böyük məhəbbətlə, heyrətamiz zövqlə yaratmışdır. Sənətkar dəfələrlə Üzeyir Hacıbəyov obrazına müraciət etmiş, böyük ustadın bir neçə variantda büst və heykəlini yaratmışdır. Zivər xanım Üzeyir bəyə dərin ehtiram və sevgi ilə yanaşırdı. O, görkəmli pedaqoqun mühazirələrinin dinləyicisi olmuş, dahi bəstəkarın  1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində skripkaçı olmuş, 1923-cü ildə “Arşin mal alan” operettasının ilk tamaşasında ifa etmişdir. Sonralar musiqi ilə deyil, heykəltəraşlıqla məşğul olsa da, müəlliminin, bu böyük şəxsiyyətin təsiri onun düşüncəsində dərin iz buraxmışdır. AzərbayРисунокcanın ilk qadın heykəltəraşı bəstəkarın obrazını canlı naturadan yaratmışdır.

Zivər xanım yaratdığı gözəl sənət əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində özünəməxsus yer tutmuş, həyata iki layiqli vətənpərvər övlad gətirmişdir.

Zivər xanım 1924-cü ildə müdrik, gözəl insan Həbib Məmmədovla ailə həyatı qurur. İlkbeşiyi Gülbəniz xanım, bir il sonra isə gələcəkdə tanınmış heykəltəraş kimi ad qazanacaq oğlu Tokay dünyaya gəlir. O vaxt Həbib Məmmədov hələ tələbə idi, gənc ailə bəzən çətinliklərlə üzləşirdi. Lakin onların istedad və bacarıqları bu vəziyyətdən çıxmağa kömək edir. Zivər xanım tələbə olan həyat yoldaşına kömək olur, ailəni saxlamaq üçün müxtəlif işlərdə çalışmaqdan çəkinmir. Bir müddət Azərbaycan dövlət nəşriyyatında tərcüməçi işləyir.

Həbib Məmmədov 1928-1930-cu illərdə Moskvada Bauman adına texniki peşə məktəbində təhsil alır. Moskvada yaşamaq məcburiyyətində qalan Zivər xanım xalq komissarları sovetində korrektor-tərcüməçi vəzifəsində işləyir. Məmmədovlar ailəsi Azərbaycana dönür, Zivər xanımın sənət dünyası işıqlanır. Zivər xanım sənətini sevən zəhmətkeş qadın kimi tanınırdı. Gülbəniz xanım anasını xatırlayır, deyir ki, “anamı heç zaman işsiz görmürdüm, o, həmişə məşğul olardu, gah heykəl yapar, gah şəkil çəkər, ya toxuyar, ya da skripka çalardı, bir sözlə məşğuliyyətsiz qala bilmirdi”. Xalq rəssamı, heykəltəraş, professor Tokay Məmmədov isə anasını onu sənət aləminə gətirən, sənəti və dünyanı sevdirən ilk müəllimi kimi təqdim edir.

Xatirələrdə yaşayan Zivər xanım dünyasını fəxri adsız tərk etsə də, yaradıcılığı ilə insanlara estetik fərəh, gözəllik duyğusu bəxş etmiş, tarixə Azərbaycanın ilk heykəltəraş qadını kimi daxil olmuşdur.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s